1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Lökbatan - Qobu yolunda işıqlandırma dirəkləri olsa da, iki aydır axşam düşən kimi yol zülmətə qərq olur.
Oxu.Az xəbər verir ki, bununla bağlı sürücülərdən biri sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, yolu əhatə edən hər iki tərəf yaşayış sahəsidir və bəzi hissələrdə piyada keçidi yoxdur.
"İşıqlandırma olmadığı üçün axşam saatlarında qəza vəziyyətinin yaranma ehtimalı artır", - deyə sürücü qeyd edib.
Mövcud problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazidə kabel xəttində qəza baş verib:
"Bununla bağlı lazımi materialların alınması istiqamətində sifariş verilib. Yaxın günlərdə təmirə başlanılacaqdır".
Qaradağ Rayon İcra Hakimiyyətindən isə Oxu.Az-a deyilib ki, Lökbatan - Qobu yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsinin işıqlandırılması ilə bağlı aidiyyəti üzrə təkliflər verilib və işlərin həyata keçirilməsinə cari ildə başlanılacaq.
Aləmdə Nəsib