AZ

Azərbaycanlı fiqurlu konkisürən 28-ci olub

Azərbaycanlı fiqurlu konkisürən Leyli Axundova Bakuriani-2025 Avropa Gənclər Qış Olimpiya Festivalındakı çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən yarışda təmsilçimiz qısa proqramda 33.84 xalla 28-ci tutub.

Leyli Axundova bu gün sərbəst proqramda mübarizə aparıb və onun çıxışı hakimlər tərəfindən 64.50 xalla qiymətləndirilib. O, bu nəticə ilə 26-cı yeri tutub. İdmançımız festivalı yekunda 31 iştirakçı arasında 28-ci pillədə başa vurub.

Yarışı Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizov və Azərbaycanın Bakuriani-2025-dəki nümayəndə heyətinin rəhbəri, MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov da izləyib.

Qeyd edək ki, 48 ölkədən 1000-ə yaxın idmançının iştirak etdiyi festivalda atletlər 8 idman növündə (dağ xizəyi, biatlon, xizək yarışı, buz hokkeyi, snoubord, fiqurlu konkisürmə, fristayl və qısa yolda sürətli konkisürmə) mübarizə aparırlar. Avropa Gənclər Qış Olimpiya Festivalına fevralın 16-da yekun vurulacaq.

İdman.biz

Seçilən
32
7
idman.biz

9Mənbələr