Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, onlar fevralın 13-də Qubadlı rayonu ilə həmsərhəd zonada müşahidə aparıblar. Avropalı müşahidəçilər binoklla ətrafa və Azərbaycan ərazilərinə baxış keçiriblər.
Bildirilib ki, Azərbaycan sərhədçiləri ənənəvi olaraq, Müşahidə Missiyasının hərəkətlərini müşahidə altında saxlayıb və qeydə alıb.
Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.