Türkiyənin Bingöl vilayətində sərnişin avtobusu aşıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində 4 nəfər ölüb, daha 32 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Yaralananların və ölənlərin sayının artacağı istisna edilmir.
Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.