AZ

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Roma, 14 fevral, AZƏRTAC

İtaliyada hökm sürən əlverişsiz hava şəraiti Toskana regionunda və Elba adasında fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, aramsız leysan yağış Livorno və Qrosseto əyalətlərində daşqına səbəb olub. Bəzi ərazilərə 110 millimetr yağıntı düşüb. Evləri su basıb, yollar və küçələr su altında qalıb. Torpaq sürüşmələri səbəbindən bəzi magistral yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Fırtına və leysan yağış Elba adasında daşqına səbəb olub. Günün ikinci yarısından sonra adaya 56 millimetrdən çox yağıntı düşüb. Evlərini su basan və avtomobillərdə köməksiz qalan onlarla insan mülki müdafiə qüvvələri tərəfindən xilas edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
25
2
azertag.az

3Mənbələr