AZ

Gəncədə kişi arvadının qulağını kəsmək istəyib - YENİLƏNİB

Gəncə sakininin qulağından bıçaq xəsarəti almasının bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə xəsarət alan Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü G. Allahverdiyevanın həyat yoldaşı sərxoş vəziyyətdə ona bıçaqla xəsarət yetirib.

Məlumata görə G. Allahverdiyeva hadisəni törədən şəxsin 3 cü həyat yoldaşdır.

Qeyd edək ki hadisə Gəncə şəhəri ilə Göygöl rayonunun Üçtəpə kəndinin kəsişməsində baş verib.

İlkin məlumta görə G. Allahverdiyevanın həyat yoldaşı polis tərəfindən saxlanıb.

Faktla bağlı araşdırma aparılır

***

21:18

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü G. Allahverdiyeva qulağının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadına dərhal yardım edilib. Məlumata görə qadını həyat yoldaşı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Seçilən
26
10
apa.az

9Mənbələr