AZ

Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb

ABŞ, Rusiya və Ukrayna rəsmiləri danışıqlar aparmaq üçün Almaniyada bir araya gələcək, gələn həftə isə Səudiyyə Ərəbistanında görüşəcəklər.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Sabah Münhendə, gələn həftə isə Səudiyyə Ərəbistanında yüksək rütbəli rəsmilərlə görüş olacaq. Müzakirələrə Ukrayna təmsilçilərindən başqa, Rusiya və ABŞ-dən olan nümayəndələr də qatılacaq", - Tramp deyib.

O, bu təmasların hansı formatda keçirilməsinin planlaşdırıldığını açıqlamayıb.

Tramp qeyd edib ki, nə o, nə də Rusiya Prezidenti Vladimir Putin bu görüşlərdə iştirak etməyəcək.

Seçilən
29
5
report.az

6Mənbələr