Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.
"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq ilk yarış günündə Azərbaycanın 12 təmsilçisi tatamiyə çıxacaq.
Kişilərdən Əhməd Yusifov, Murad Muradlı, Balabəy Ağayev (hamısı 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşad Yelkiyev və Elşən Əsədov (66 kq) mübarizə aparacaqlar.
Qadınlarda Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kq), Fidan Qasımova, Fidan Əlizadə (hər ikisi 57 kq) qüvvəsini sınayacaqlar.
Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.