AZ

Əminəm ki, Qərbi Azərbaycana dönəcəyik, mən də kəndimizi bir daha görəcəyəm - Misir Mərdanov

Bakı, TurkicWorld

"Baku Network" ekspert platformasında analitik layihənin yeni buraxılışı yayımlanıb.

TurkicWorld xəbər verir ki, verilişin budəfəki qonağı Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, sabiq təhsil naziri, professor Misir Mərdanov olub.

M.Mərdanov soydaşlarımızın əzəli və tarixi torpaqları olan Qərbi Azərbaycana perspektivdə qayıdışından bəhs edərkən bildirib ki, bəhs olunan məsələlərlə bağlı işlərin təməli üç il əvvəl qoyulub: "2022-ci ilin dekabr 24-də cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycan icmasının inzibatı binasının açılış mərasiminə gəldi və orada əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü.

Mən deyərdim ki, Azərbaycan tarixinə qızıl həriflərlə yazılmış bir görüş oldu. Çünki dövlətin başçısı Böyük Zəfərdən sonra Qərib Azərbaycan icmasının binasına gəlməsi, ad gününü, özünün dediyi kimi, öz ailəsinin içərisində keçirməsi deməsi bu işin başlanılıcı oldu. Orada sənab Prezident çox böyük, tarixi bir çıxış elədi. Yəni onun çıxışının qısa məzmunu ondan ibarət idi ki, artıq biz Qarabağ məsələsini həll eləmişik. İndi bizim diqqətimiz daha çox Qərib Azərbaycanla və sonralar Ermənistan adlandırılmış yerdə yaşamış azərbaycanlıların oraya qayıtılması məsələsinə yönəlməlidir. Prezident açıq dedi ki, biz savaş istəmirik. Heç zaman bizim gözümüz heç bir dövlətin ölkənin torpağında olmayıbdır. Ancaq ora bizim dədə-baba torpağımızdır. Dədələrimiz, babalarımız orada yaşayıblar, orada dəfin olunublar. Bizim orada çox böyük zəngin mədəni irsimiz qalıb. Bizim orada qəbirstanlıqlarımız qalıb. Bizim orada məscidlərimiz qalıb... Və bizim haqqımızdır ki, öz dədə-baba yurdumuza qayıdaq. Ancaq din yolla qayıtmaq istəyirik biz. Ona görə də bir konsepsiya hazırlamaq lazımdır. Həmin görüşdə dövlət başçısı müvafiq konsepsiyanın və hüquqi bazanın hazırlanmasını, beynəlxalq ictimaiyyətə məsələnin mahiyyəti barədə məlumatların verilməsini, dins yolla qayıtmanın yollarını araşdırmağı tapşırdı".

M.Mərdanovun sözlərinə görə, həmin görüşdən ötən üç il ərzində Qərbi Azərğaycan İcması (QAİ) çox böyük işlər görüb. Sözügdən qurum hazırda Azərbaycanda fəaliyyət göstərən ictimai və qeyri-hökumət təşkilatları arasınad ən fəalıdır.

Bakı ilə yanaşı, ölkənin bütün şəhərlərində və bölgələrində İcma sürətlə təşkilatlanır, üstəlik, əslən Qərbi Azərbaycandan olan vətəndaşlarımızın siyahıyaalınma prosesi aparılır.
"Onlara qərbi azərbaycanlı vəsiqəsinin və döş nişanının verilməsinə başlanıb. Araşdırmalar və təhqiqatlar aparılır, kitablar hazırlanıb çap edilir, beynəlxalq təşkilatlarla əlaqələr qurulur. Yəni İcma yaranandan bəri ötən müddətdə bəlkə iyirmi ilin işini görmüşük", - M.Mərdanov vurğuladı.

M.Mərdanov 21 il əvvəl, 2001-ci ildə Ermənistanda beynəlxalq tədbirdə olarkən İcevan rayonuna, doğma Göyərçin kəndinə yollanıb.

"1981-ci ildən 20 il sonra getdim, gördüm. Əlbəttə, öz evində gedib erməniləri görmək çox çətin anlardı. O anları yaşadım, amma ermənilərin arasında olduğum üçün özümü sarsıtmadım. Əlbəttə, kəndin hər yerinə baş çəkə bilmədim. Ancaq bir neçə qonşuların mənzilərinə baş çəktim. Bəlli oldu ki, orada demək olar ki, yalnız qoca, yaşlı ermənilərdir. Məsələn, bizim evdə bir yaşlı, 70-80 yaşında bir qarı, bir də bir kişi yaşayırdı. Oralar viran vəziyyətdə idiö. İrəvandan bizim kəndə qədər 140 kilometrə yaxın yoludur. Sovet dövrundə o yolun hər yanında gül-çiçək vardı, gur gediş-gəliş vardı. Azərbaycanın Qazax, Ağstafa, Tovuz rayonunun camaatı orada istirahət edərdilər. İndi o yolları ot basıb. Əminəm ki, indi bizim kənddə və digər Azərbaycanlılar yaşayan kəndlər demək olar ki, boşaladırlar. Demək olar ki, boşdurlar. Biz ermənilərdən nə istəyirik, nə deyirik? Deyirik ki, boş qalmış torpaqlarımıza, obalarımıza, yurd-yuvamıza gedək, oraları canlandıraq, həmin məkanlara həyatı qaytaraq. Mən şəxsən inanıram ki, biz o torpaqlara qayıdacatıq. Qayıtmalıyıq! Ona görə çox iş aparmalıyıq, təbliğat aparmalıyıq. Xüsusən gənclər arasında. Öz tariximizi onlara olduğu kimi öyrətməliyik. Gənclər bilməlidir ki, qədim Azərbaycan torpaqları haradadır, soydaşlarımızın başlarına nə oyunlar gətirilib".

Misir Mərdanov vurğuladı ki, doğulduğu məkana, kəndlərindəni 13-ü qədim azərbayxanlıi məskəni olan Qaraqoyunlu dərəsinə qayıtmaq əzmindədir.

"O kəndlərə qayıdacağıq. Mən o günü gözləyirəm. Əminəm ki, çox gec olsa da, beynəlxalq qurumlar, dünyanın böyük dövlətləri, indiyə qədər həyata keçirdikləri ikili standartlar siyasətindən əl çəkəcəklər, ədalət və haqq yerini tapacaq, hər kəs öz dədə-baba yurdunda yaşamaq imkanı əldə edəcək. Amma yenə deyirəm - bunun üçün biz arxayin olmamalıyıq, arzumuza çatmaq üçün biz çox çalışmalıyıq. Cənab Prezidentin ətrafında daha sıx birləşməliyik. Bizi istəməyən xarici qüvvələr görəndə ki, 10 milyonluq Azərbaycan xalqı cənab Prezidentin ətrafında bir möhkəm yumruq üçün birləşib - heç bir xarici qüvvə bizim siyasətə təsir edə bilməz", - M.Mərdənov söylədi.

O, daha sonra bildirdi ki, əslən Qərbi Azərbaycandan olan və yurd-yuvalarından qovulan soydaşlarımızın məruz qaldığı daşınan, habelə daşınmaz əmlak itkiləri ilə bağlı hazırda araşdırmalar aparılır, həmin şəxslərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi gedir.

Seçilən
10
2
turkic.world

3Mənbələr