AZ

Bakıda "Böyük Dəbilqə" start götürür

Bu gün Bakıda cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Azərbaycan millisi bu çəki dərəcələrində 12 cüdoçu ilə təmsil olunacaq.

Böyük Dəbilqə
Kişilər
60 kq

Balabəy Ağayev – Mendsaihan Nyamsuren (Monqolustan)
Əhməd Yusifov – Anvarjon İbrahimov (Özbəkistan)
Murad Muradlı – Tergelsar Munxjarqal (Monqolustan)

66 kq
Ruslan Paşayev - Azizbek Ortikov (Özbəkistan) - Kanat Seyxan (Qazaxıstan) cütünün qalibi
Yaşar Nəcəfov – Markus Auer (Avstriya) – İvan Çernıx (IJF) cütünün qalibi
Rəşad Elkiyev – Cüzeppe De Tulio (İtaliya)
Elşən Əsədov – Zamoxşari Bekmurodov (Özbəkistan)

Qadınlar
48 kq

Leyla Əliyeva – Culia Qiqlione (İtaliya)
Könül Əliyeva – Andrea Stoyadinov (Serbiya)
Şəfəq Həmidova – Jaklin Şpringer (Avstriya)

57 kq
Fidan Əlizadə – Yevgeniya Qayiç (Sloveniya)
Fidan Qasımova – Veronika Toniolo (İtaliya)

Qeyd edək ki, yarışda 36 ölkədən 258 cüdoçu mübarizə aparacaq. Azərbaycan “Böyük Dəbilqə”yə 32 idmançı ilə qatılıb.

İdman.biz

Seçilən
26
17
idman.biz

10Mənbələr