Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşı Ziya ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, sənətçi 14 fevral – “Sevgililər günü” münasibəti ilə ailə fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.
Məmmədova sözügedən şəkillərə “Hər zaman bir-birinizi bütün qəlbinizlə sevin. Dünyada sevgidən savayı demək olar ki, heç nə yoxdur” şərhini yazıb.
Həmin fotolarda Gülyanaq və Ziyanın dörd övladı da yer alıb.




