AZ

Göygöldə kişi arvadının qulağına bıçaqla xəsarət yetirib - YENİLƏNİB-1

Göygöl Rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir: "Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyyəsinə xəsarət yetirib. Faktla bağlı əlavə məlumat veriləcək".

***

03.04

Göygöl rayonunda qadına xəsarət yetirilməsinin təfərrüatı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Göygöl rayonunun Üçtəpə kəndi ərazisində Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü G. Allahverdiyevaya həyat yoldaşı tərəfindən bıçaqla xəsarət yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

21:18

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü G. Allahverdiyeva qulağının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qadını həyat yoldaşı bıçaqlayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Seçilən
0
12
apa.az

9Mənbələr