1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Münhenə yollanan ABŞ dövlət katibi Marko Rubionun təyyarəsi Vaşinqton yaxınlığındakı aviabazaya qayıdıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti xəbər yayıb.
Bildirilir ki, təyyarə texniki nasazlıq səbəbindən Merilend ştatındakı Endrüs hərbi hava bazasına geri qayıdıb. Nasazlığın nə ilə bağlı olduğu barədə məlumat verilməyib.
Qurum əlavə edib ki, Rubio Almaniya və Yaxın Şərqə səfərini başqa təyyarə ilə davam etdirəcək.