Almaniya hücum və müdafiə qabiliyyətini artırmaq üçün Ukraynaya 6 min kamikadze pilotsuz uçan aparat (PUA) çatdırmağa hazırlaşır.
“Helsing” şirkəti tərəfindən istehsal olunan “HX-2” adlı süni intellektlə təchiz edilmiş kamikadze pilotsuz uçan aparat yaxın vaxtlarda Ukraynaya tədarük ediləcək.
Almaniyanın Bild qəzetinə danışan “Helsing” şirkəti rəsmiləri sözügedən kamikadze PUA-ların istehsal mərhələsində olduğunu təsdiqləyiblər.
“HX” kamikadze dronu süni intellekt avadanlığı sayəsində elektron müharibə sistemlərindən təsirlənmir.
100 kilometrə qədər idarə oluna bilən pilotsuz təyyarə saatda 200 km sürətə çata bilir və tank əleyhinə sursat kimi istifadə edilə bilər.