Adı danışılmış oyunlarda hallandığı üçün “Şamaxı”dan qovulan gürcüstanlı futbolçu Giorgi Kantariyanın yeni komandası müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını Rusiyanın I Liqasında davam etdirəcək.
O, “Sokol”la mövsümün sonuna qədər müqavilə bağlayıb.
Qeyd edək ki, Giorgi Kantariya “Şamaxı”ya cari mövsümün əvvəlində keçmişdi.