AZ

“ASAN xidmət” təcrübəsi Kolumbiyada tətbiq ediləcək

Bakı. Trend:

ASAN Xidmət modelinin ixracı ilə bağlı imzalanan sazişlərin sayı25 oldu.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyindən (ASAN) məlumat verilib.

Belə ki, Dünya Hökumətlər Sammiti çərçivəsində AzərbaycanRespublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosialİnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kolumbiya Respublikasınınmüvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında dövlətxidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair AnlaşmaMemorandumu imzalanıb.

Memorandum “ASAN xidmət” təcrübəsinin Kolumbiya Respublikasındatətbiqini, eləcə də kolumbiyalı dövlət qulluqçuları üçün "ASANxidmət" mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçininDövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətləriningöstərilməsi sahəsində qabaqcıl təcrübənin Kolumbiya tərəfi iləpaylaşılmasını nəzərdə tutur.

Beləliklə, dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizinintellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya vəAfrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq.
İmzalanma mərasimindən sonra tərəflər arasında baş tutmuş görüşzamanı Anlaşma Memorandumunun implementasiyası istiqamətində həyatakeçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələraparılıb.

Kolumbiyalı nazir “ASAN xidmət” modelinin onda yüksək təəssüratyaratdığını və əməkdaşlıq çərçivəsində tezliklə əməli addımlarınatılacağını diqqətə çatdırıb.

Məqalədə:
Seçilən
5
20
az.trend.az

10Mənbələr