AZ

Deşam Mbappeni yenidən Fransa millisinə qaytaracaq

Vətəninfo.az xəbər verir ki,Fransa millisinin baş məşqçisi Didye Deşam qarşıdakı oyunlara hücumçu Kilian Mbappeni də dəvət edəcəyini təsdiqləyib. Oktyabr və noyabr aylarında “Real Madrid”in futbolçusu millidən dəvət almayıb.

L’Équipé nəşri Deşamın sözlərindən sitat gətirib: “Bəli, Mbappe qarşıdakı oyunlarda komandada olacaq”.

Fransa millisi martın 20 və 23-də Millətlər Liqasının 1/4 finalında Xorvatiya millisi ilə qarşılaşacaq.

Mbappe Fransa millisində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə edib.

Seçilən
25
1
veteninfo.az

2Mənbələr