AZ

Ciddə şəhərində İslam dünyası Mədəniyyət Nazirlərinin 13-cü Konfransı keçirildi

Fevralın 12-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində ICESCO-nun Mədəniyyət Nazirləri Konfransının “Sosial-iqtisadi inkişafa mədəniyyətin təsiri” mövzusunda13-cü sessiyası öz işinə başlayıb.

Publika.az xəbər verir ki, tədbirdə ölkəmizi mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyada Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət naziri, Qətər Dövləti mədəniyyət nazirinin müavini, eləcə də Tatarıstan Respublikasının (RF) rəisi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi, BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) ali nümayəndəsi, ICESCO-nun baş direktoru açılış nitqləri ilə çıxış ediblər.

Ali nümayəndə Migel Anhel Moratinos öz çıxışında Azərbaycanın təşəbbüsü, BMTSA və ICESCO-nun tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasının önəmindən danışıb və bu çərçivədə artıq təşkilat tərəfindən regionda “Gənc sülh qurucuları proqramı”na başlanıldığını vurğulayıb.

Daha sonra üzv ölkələrin nümayəndələrinin çıxışları dinlənilib.

Fevralın 13-də davam edən tədbirdə nazir müavini Fərid Cəfərov 13-cü sessiyaya sədrlik edən Səudiyyə Ərəbistanı tərəfinə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti çərçivəsində ICESCO ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayan nazir müavini ötən konfransda "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Azərbaycanın Şuşa şəhərində il ərzində təşkil olunmuş tədbirlər barədə məlumat verib. O, əlamətdar il çərçivəsində reallaşdırılan tədbirlərdə fəal iştiraka görə üzv ölkələrə təşəkkür edib.

Seçilən
30
5
publika.az

6Mənbələr