AZ

ABŞ Hindistana F-35 qırıcıları tədarük etməyi planlaşdırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Hindistanın Baş naziri Narendra Modi arasında keçirilən danışıqlardan sonra Vaşinqtonun Hindistana beşinci nəsil F-35 qırıcılarını tədarük edəcəyi açıqlanıb.

Trampın sözlərinə görə, ABŞ bu ildən etibarən Hindistana hərbi texnika satışını milyardlarla dollar artırmağı planlaşdırır.

Qeyd edək ki, Hindistan ənənəvi olaraq dünyanın ən böyük Rusiya silahı alıcılarından biridir və Moskva ilə sıx hərbi əməkdaşlıq edir. Ölkə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasına baxmayaraq, ABŞ Hindistana qarşı CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiq etməyib. Halbuki eyni səbəbdən Türkiyə F-35 proqramından çıxarılmışdı.

Ekspertlər hesab edirlər ki, Vaşinqtonun Hindistana loyal yanaşması Çinə qarşı strateji maraqlarla bağlıdır. Maraqlıdır ki, Hindistanda keçirilən beynəlxalq aviasiya sərgisində ilk dəfə olaraq həm F-35, həm də Rusiya istehsalı olan beşinci nəsil Su-57 qırıcıları birlikdə təqdim edilib. Hindistanın hər iki döyüş təyyarəsinin alınmasını nəzərdən keçirdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr