AZ

Vüqar Bayramov: Azərbaycanda bələdiyyələrin sayı çoxdur

"Bələdiyyələrin son birləşməsindən sonra da Azərbaycanda bələdiyyələrin sayı yaxın iqtisadi struktur ölkələr ilə müqayisədə yenə də çoxdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, qardaş Türkiyədə isə 1389 bələdiyyə fəaliyyət göstərir.

"Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir",- deputat bildirib.

Mina Mikayılova

Seçilən
23
2
bakivaxti.az

3Mənbələr