Ağdamda yük maşını minaya düşüb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Xaçınçay hövzəsindəki Ayaq Qərvəd kəndi ərazisində qeydə alınıb.
Mina partlaması nəticəsində ərazidə işləyən "HOVA" markalı yük maşınına ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanın olmadığı deyilir.
Qeyd edək ki, yük avtomobili daş karxanasına gedirmiş.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta