AZ

TCCİ: Türk dünyası dünya üçün üçüncü ən böyük enerji təminatçısıdır

Türk Dünyası 107 milyon nəfər əhalisi və 4,5 milyon kvadrat kilometr ərazisi ilə geniş ticarət və investisiya imkanları yaradır.

"APA-Economics" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev“Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi(TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində deyib.

O bildirib ki, türk dünyasında ümumi ÜDM 4,3 trilyon ABŞ dollardan çoxdur və region dünya üzrə üçüncü ən böyük enerji təminatçısıdır.

Baş katib qeyd edib ki, Orta Dəhliz Şərq və Qərb arasında əsas ticarət marşrutu kimi strateji əhəmiyyət daşıyır:

"Bu dəhliz, Şimal Dəhlizindən 2 000 kilometr daha qısadır və yükləri Çindən Avropaya dəniz nəqliyyatına nisbətən üç dəfə tez çatdırır".

B.Amreyev bildirib ki, Çin-Qırğızıstan-Özbəkistan Dəmir Yolu layihəsi Orta Şərq və Avropa bazarlarına məsafəni 900 kilometr qısaldacaq və illik yükdaşıma qabiliyyətini 12-15 milyon tona çatdıracaq.

O, Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb: "Türk Dövlətləri Təşkilatı üzvləri arasında ticarət həcmi hazırda ümumi ixracın cəmi 7%-ni təşkil edir və bu göstəricinin artırılması üçün daha çox investisiya cəlb edilməlidir".

"Türk İnvestisiya Fondunun aktivləşməsi kiçik və orta biznesə dəstək verəcək, əsas infrastruktur və iqtisadi layihələri maliyyələşdirəcək, həmçinin ticarət və investisiya imkanlarını genişləndirəcək. Fond sənaye, logistika, enerji səmərəliliyi, informasiya-kommunikasiya texnologiyaları və yaşıl iqtisadiyyat sahələrində innovativ layihələrə maliyyə dəstəyi verəcək", -deyə Baş katib əlavə edib.

Seçilən
5
32
apa.az

10Mənbələr