AZ

Ağdamda yük maşını piyada əleyhinə minaya düşdü

Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri Ağdam rayonunda mina hadisəsinin baş verdiyi haqda birgə açıqlama yayıb.

Medianews.az-ın məlumatına görə, açıqlamada deyilir ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində fevralın 14-də mina hadisəsi baş verib.

Ağdam rayonunun Quzanlı kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi “Howo” markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
61
30
medianews.az

10Mənbələr