AZ

Ağdamda yük maşını minaya düşüb

Fevralın 14-də Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.

Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərindən verilən məlumata görə, Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi “Howo” markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal edilən piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
9
30
xalqqazeti.az

10Mənbələr