AZ

Türk İnvestisiya Fondu ilə TCCI arasında anlaşma memorandumu imzalanıb

Türk İnvestisiya Fondu ilə Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) arasında anlaşma memorandumu imzalanıb.

"APA-Economics" xəbər verir ki, imzalanma mərasimi “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində baş tutub.

Sənədi TCCI və ASK-nın prezidenti Məmməd Musayev və Türk İnvestisiya Fondunun prezidenti Bağdat Amreyev imzalayıb. Memorandumda əməkdaşlıq üçün çərçivələr və konkret istiqamətlər müəyyən edilib.

Qeyd edək ki, Türk Dövlətlər Təşkilatına daxil olan “Türk İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il martın 16-da Ankara şəhərində imzalanmış Sazişlə təsis olunub. Azərbaycan Respublikasının Prezidentinin 30 may 2023-cü il tarixində imzaladığı qanunla sözügedən Saziş təsdiq edilib. Türk İnvestisiya Fondu 2024-cü ildən fəaliyyətə başlayıb.
Həmçinin Türk Dövlətlər Təşkilatına daxil olan Türk Ticarət və Sənaye Palataları Birliyi 2017-ci ildə təsis olunub və 2019-cu ildən fəaliyyətə başlayıb. TCCI-a rəhbərlik 2025-ci ildən Azərbaycana keçib və TCCI-da ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) təmsil edir.

Seçilən
0
5
apa.az

10Mənbələr