AZ

Almaniya Bundesliqasında ötən ayın ən yaxşı oyunçusu açıqlandı

Almaniya Bundesliqasında ötən ayın ən yaxşı oyunçusu müəyyənləşib.

Fanat.Az yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtsdir.

21 yaşlı futbolçu səsvermə zamanı "Bayern Münhen"dən Yozua Kimmix, Maykl Olise, "Leyptsiq"dən Villi Orban, Xavi Simons, "Verder"dən isə Romano Şmidi qabaqlayıb.

Virts yanvarda Bundesliqada meydana çıxdığı 4 oyunda 2 qol və 3 məhsuldar ötürmə müəllifi olub. "Əczaçılar"ın lideri bu mövsüm bütün turnirlərdə keçirdiyi 34 matçda 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, hazırda 46 xalı olan "Bayer Leverkuzen" Bundesliqanın turnir cədvəlində ikinci pillədə mövqe tutub. Sözügedən kollektib lider "Bayern Münhen"dən 8 xal geri qalır.

Seçilən
68
5
fanat.az

6Mənbələr