AZ

TİF: Türk dünyasında iqtisadi əməkdaşlıq 5 əsas istiqamətdə inkişaf edir

Türk dünyasında iqtisadi əməkdaşlığın inkişafı üçün beş əsas istiqaməti mövcuddur.

"APA-Economics" xəbər verir ki, bunu Türk İnvestisiya Fondunun (TİF) prezidenti Bağdat Amreyev Bakida keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi(TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində deyib.

"Bunlar ticarət və investisiya üçün maneələrin aradan qaldırılması, nəqliyyat və enerji bağlantılarının gücləndirilməsi, regional təchizat zəncirlərinin genişləndirilməsi, innovasiya və rəqəmsal transformasiyanın təşviqi, maliyyə əməkdaşlığının gücləndirilməsi və birgə maliyyələşdirmə mexanizmlərinin inkişafıdır", - deyə o əlavə edib.

Bağdat Amreyev qeyd edib ki, türk dünyası iqtisadi tarixində həlledici mərhələyə qədəm qoyur və bu inkişafın əsas aparıcı qüvvəsi biznes icması olacaq.

Seçilən
11
32
apa.az

10Mənbələr