Fransanın sabiq baş naziri Jan Kasteks Monpelye şəhərindəjandarm əməkdaşları tərəfindən saxlanılıb. Səbəb onun 2017-ci ildə,Şərqi Pireney departamentindəki Konflan-Kanigo bələdiyyə icmalarbirliyinə rəhbərlik etdiyi dövrdə dövlət vəsaitlərinin israfı vəsənədlərin saxtalaşdırılması ittihamları olub.
Yəni sabiq baş nazir saxtakarlıqda, oğruluqda və fırıldaqçılıqdasuçlanır.
J.Kasteks dünən səhər tezdən jandarm idarəsində dindirilib.İstintaqçılar 2017-2018-ci illərdə qəbul edilən maliyyə qərarlarınıaraşdırıblar. Həmin dövrdə Kasteksin rəhbərlik etdiyi icmaradiotezliklər üzrə ixtisaslaşan və müflis olmaq təhlükəsi iləüzləşən "Selecom" şirkətinə bu strukturun işinin məhkəmədəaraşdırılmasına rəğmən, böyük maliyyə yardımı göstərib.
Prefekturanın mənfi rəyinə baxmayaraq, təşkilat on minlərlə avrodəyərində yardım alıb. İstintaqı başlatmış "Anticor" AntikorrupsiyaAssosiasiyasının fikrincə, bu cür addımlar bələdiyyələrinsəlahiyyətlərini aşırdı.
J.Kasteks bir neçə saat nəzarətdə saxlanılsa da, sonra zaminəburaxılıb. Perpinyan prokuroru Jan-David Kavaiyenin sözlərinə görə,bu pozuntular idarəetmədə şəffaflıq məsələsində ciddi suallardoğurur.
Sözügedən "Selecom "şirkətinə maliyyə yardımı müəyyən olunmuşprosedurlardan ayrıca ibtidai istintaqa ayrılıb.
Prokurorluq bu qərarın nə dərəcədə əsaslı olduğunu və icmamaraqlarına uyğun gəlib-gəlmədiyini araşdırır. Jan Kasteks vəkomandası tərəfindən atılan addımlar yerli idarəetmə sistemininsəmərəliliyinə və qanuniliyinə şübhələr yaradır.
Kastekslə yanaşı, daha üç nəfər, o cümlədən onun icma rəhbərivəzifəsində sələfi Jan-Lui Jalla, həmçinin icraçı direktor vəmaliyyə məsələləri üzrə vitse-prezident saxlanılıb. Onlar hələ dənəzarət altındadır və istintaq aylarla davam edə bilər.
Jan Kasteks Fransada tanınmış bir şəxsiyyətdir. O, 2008-ci ildəkiçik Prad şəhərinin meri olub və bu vəzifəni 12 il uğurla icraedib. 2015-2020-ci illərdə isə 45 bələdiyyəni birləşdirənKonflan-Kanigo bələdiyyə icmalar birliyinə rəhbərlik edib. Bu illərərzində o, tanınan regional lider reputasiyası qazanıb.
Onun karyerasının zirvə nöqtəsi 2020-ci ildə, prezident EmmanuelMakron tərəfindən baş nazir postuna təyinatı idi. J. KasteksCOVID-19 pandemiyası dövründə hökumətə rəhbərlik edib və bu çətinzamanda qəbul etdiyi absurd qərarlar dəfələrlə tənqid hədəfi olub.O, 2022-ci ilin may ayında postunu tərk edərkən böhranlarınöhdəsindən gələ biməyən bir şəxs kimi yadda qalıb.
Jan Kasteks işi Fransız cəmiyyətində kəskin müzakirələr doğuranrezonanslı hadisəyə çevrilib. Müxalifət siyasətçiləri artıq bufaktı hakim elitanı ikiüzlülükdə və korrupsiyada ittiham etmək üçünarqument kimi istifadə edirlər.
"Bu, keçmiş baş nazirin sadəcə bir epizodu deyil, Fransanınidarəetmə sistemindəki dərin problemlərin simptomudur, buradaəlaqələr qanundan daha önəmlidir", - deyə "Milli Birlik"partiyasından deputat Marin Lekler bildirib.
Digər tərəfdən, J.Kasteksin tərəfdarları işin siyasi motivliolduğunu iddia edirlər. "O, hər zaman vətəndaşların maraqlarınaminə hərəkət edib, bu araşdırma isə onun reputasiyasını ləkələməkcəhdidir", - deyə onun keçmiş həmkarlarından biri qeyd edib.
Prokurorluq yaxın günlərdə Kasteks və digər şübhəlilərə qarşıittiham irəli sürülüb-sürülməyəcəyinə qərar verməlidir. Keçmiş başnazir isə hələlik saxlanılması ilə bağlı şərh vermir. Fəqətaydındır ki, bu qalmaqal təkcə onun şəxsi reputasiyasına deyil, həmdə hakim elita ilə bağlı vətəndaşların etimadına ciddi zərbəvuracaq.
Dövlət idarəçiliyini pandemiya dövründə idarə etmək etibaredilən Jan Kasteks, göründüyü kimi, son illərin ən gurultulukorrupsiya qalmaqallarından birinin mərkəzindədir. Onunsaxlanılması sadəcə növbəti sensasiya deyil, sistemli probleminsimvoludur: Fransanın siyasi elitası gözəl şüarlarla xalq naminəxidmət bəyan etsə də, çoxdan öz fəaliyyətini şəxsi imtiyazlar vəhədsiz özbaşınalığın mənbəyinə çevirmişdir.
Aşkar ermənipərəst mövqeyi ilə tanınan və Fransadakı erməniicmasının diaspor təşkilatlarının tədbirlərinə qatılmaqdan "həzzaldığını" demiş Jan Kasteks bu qüsurlu sistemin tipiknümayəndəsidir. Əyalətdə doğularaq Fransanın ENA elitar məktəbindətəhsil almış şəxs kimi o, hər zaman lazımi insanlara xoş gəlməyi vəmövqeyini qorumağı bacarıb. Onun karyerası hakimiyyət rıçaqlarınışəxsi maraqlar naminə istifadədə sərhəd tanımayan bir şəxsinyüksəliş tarixidir.
Bu qalmaqal Kasteksin adının mənfi kontekstdə hallandığı ilkhadisə deyil. Prad şəhərinin meri olduğu dövrdə “effektiv idarəçi”reputasiyası qazanmasına baxmayaraq, bu uğurun arxasında daimbalansda olan riskli qərarlar dayanırdı. Onun siyasəti tez-tezyerli sakinlərin narazılığına səbəb olurdu, büdcə vəsaitlərininyenidən bölüşdürülməsi ilə bağlı isə çoxsaylı suallaryaranırdı.
Baş nazir vəzifəsində olduğu zaman Jan Kasteks pandemiyanınyaratdığı çağırışlara hazır deyildi. O, böhran meneceri rolunuüzərinə götürsə də, əsas məsələlərdə uğursuzluğa düçar oldu.Vaksinlərin paylanması prosesi minlərlə insanın həyatına başa gələnfiaskoya çevrildi. Tibbi maskaların alınması isə şəffaflığınolmaması və “uyğun” təchizatçılarla bağlanmış dost müqavilələri iləbağlı ittihamlarla müşayiət olundu.
Baş nazir vəzifəsindən getdikdən dərhal sonra o, Parisin ənböyük ictimai nəqliyyat operatoru olan RATP-in rəhbəri təyinedildi. Bu təyinat böyük narazılığa səbəb oldu: nəqliyyatinfrastrukturu sahəsində heç bir təcrübəsi olmayan bir insanınyalnız əlaqələrinə görə belə yüksək vəzifəyə gətirilməsi tənqidolundu. RATP işçilərinin etirazları və tətilləri cəmiyyətin bu cür“təyinatlardan” nə qədər yorulduğunu göstərdi.
Jan Kasteksin saxlanılması yalnız görünən tərəfdir. Fransanınidarəetmə sistemi, sabiq nazirlər və baş nazirlərin yüksəkvəzifələr tutmağa və səxavətli mükafatlar almağa davam etdiyi birquruluş halına gəlib. Bu təkcə korrupsiya deyil - dövlətresurslarının məhdud bir qrupun maraqları üçün istifadə olunduğusistematik bir problemdir.
Qalmaqalın mərkəzində dayanan "Selecom" şirkəti sadəcə növbətialət idi. Heç bir məmur onun borclarını yoxlamaq və ya vergiödəyiciləri üçün nəticələrini düşünmək barədə narahat olmayıb.Cəmiyyətin ehtiyaclarına ayrılması lazım olan pullar əvvəlcədənzərər gətirəcəyi bəlli olan bir biznesin dəstəklənməsinəyönəldilib.
Üstəlik, bu ilin yanvarın 29-da J. Kasteksə Fransanın ən alimükafatlarından biri – Şərəf Legionu ordeninin Böyük zabiti adıverildi. Amma bu mükafat nə üçün idi?! Böhran menecmentinisəmərəsizliyin simvoluna çevirdiyinə görəmi? Yoxsa hakimiyyətdənşəxsi maraqları üçün istifadə edərək “lazımlı” müqavilələr təminetdiyinə görəmi?
Fransanın siyasi sisteminin siması olan Jan Kasteks əslində,onun güzgüsüdür – qanunların hər kəs üçün yazıldığı, amma yuxarıdaheç kimin ona əməl etmədiyi bir sistem.
İstintaq davam edir, amma artıq bir şey aydındır: bu hadisəcəmiyyətə cəzasızlığın sui-istifadəni doğurduğunu xatırladacaq.Kasteks ehtimal ki, elit təbəqənin davranışları üzə çıxan sonnümayəndəsi olmayacaq.
Onun əməllərinə görə cəzalanma ehtimalı da azdır.
Emmanuel Makron əlindən gələni edərək Kasteksi "xilas" etməyəçalışacaq. Ölkədəki erməni icması da - təbii - öz buyruqqullarından birinin rəzil əməllərini pərdələmək üçün həmişəkiampluasına sadiq qalaraq, "gərəkli səylər" göstərəcək.
Fransa siyasətinin əsl və çirkin üzü də elə budur.