Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbər heyəti tərəfindən II Fəxri Xiyabanda DSX rəisinin sabiq müavini, mərhum general-mayor Məhəmməd Abbasquliyevin 60 illik yubileyi münasibəti ilə əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.
DSX-nin Mətbuat Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, mərhumun məzarını ziyarət edənlər həyatının çox hissəsini vətənimizin təhlükəsizliyinin təmin olunmasına, sərhədlərimizin etibarlı mühafizəsinə həsr etmiş general-mayor Məhəmməd Abbasquliyevin həm də peşəkar sərhədçi kadrların formalaşmasında göstərdiyi xidmətlərini yüksək qiymətləndirib və xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən general-mayor M.Abbasquliyevin ailə üzvlərinə başsağlığı verilib.