AZ

Ələtdə karqo hava limanının inşasının yekunlaşması vaxtı açıqlanıb

Ələt İqtisadi Zonasında yük (karqo) hava limanının tikintisinin 2026-cı ilin sonunda tamamlanması planlaşdırılır.

Bu barədə “Far.Az”a Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.

Onun sözlərinə görə, artıq yük hava limanının tikintisinə başlanılıb: “Bu hava limanı Azərbaycanın iqtisadiyyatı və qonşu ölkələr üçün mühüm üstünlüklər yaradacaq. Eləcə də geniş xidmətlər göstərəcək".

V. Ələsgərov qeyd edib ki, layihə çərçivəsində hava limanı 750 hektardan çox ərazini əhatə edəcək: "İlkin mərhələdə hava limanının illik 500 min ton yükdaşıma gücünə malik olması nəzərdə tutulur. Növbəti mərhələdə isə bu göstəricinin 1,5 milyon tona çatdırılması planlaşdırılır".

Seçilən
14
8
far.az

9Mənbələr