ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişini qəbul etməsə, Birləşmiş Ştatlar Moskvanı sanksiyalar və potensial hərbi əməliyyatlarla vura bilər.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Putin arasında telefon danışığından sonra Rusiya-Ukrayna müharibəsinin nəticəsi yenidən dünya gündəmində ön plana çıxıb.
Tramp və Putinin telefonda 1,5 saatdan çox danışmasından və hər iki tərəfin müharibənin bitməsi ilə bağlı müsbət mesajlar verməsindən sonra ABŞ-ın vitse-prezidenti Vens də açıqlama verib.
Vens bildirib ki, Tramp danışıqların gedişindən asılı olaraq fikrini dəyişə bilər:
“Bir çox forma və konfiqurasiya var, lakin Ukraynanın suveren müstəqilliyini qiymətləndiririk”.