AZ

SOMDA-dan hərbi xidmətə könüllü daxil olmaq istəyənlərin NƏZƏRİNƏ!

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə könüllü olaraq hərbi xidmətə daxil olmaq arzusunda olan vətəndaşlar üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə "Unikal"a Agentlikdən məlumat verilib. 

"Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan (16.01.2025-ci il tarixdə verilmiş elanda qeyd edilmiş tələblərə cavab verən) vətəndaşların nəzərinə çatdırılır ki,  Agentlikdə xidmətə daxil olmaq üçün sənəd qəbulunun müddəti 17 fevral 2025-ci il tarixdən 21 fevral 2025-ci il tarixədək uzadılmışdır. Ətraflı məlumat somda.gov.az saytında yerləşdirilmişdir", - məlumatda qeyd olunub. 

Seçilən
28
3
unikal.az

5Mənbələr