Ermənistanın baş naziri Nikol Paşinyan Münhendə Avropa Şurasının prezidenti Antonio Kosta ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazıb.
Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Paşinyan özünün "X" hesabında görüş barədə yazıb: "Mən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Şurasının prezidenti Antonio Kosta ilə görüş keçirdim. Biz Ermənistanla Avropa İttifaqı arasında tərəfdaşlığın əsas məsələlərini müzakirə etdik. Biz son regional hadisələr və Ermənistan və Azərbaycan arasında nizamlanma prosesi ilə bağlı fikir mübadiləsi apardıq".
Ağarza Elçinoğlu