AZ

Onlayn nəzarət-kassa aparatları üzrə dövriyyə 16%-dən çox artıb

2025-ci ilin yanvar ayında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 2 milyard 20,9 milyon manat olub ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 16 faiz çoxdur.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, indiyədək ölkə ərazisində 104.491 ədəd yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb.

Seçilən
30
7
apa.az

10Mənbələr