AZ

2024-cü ildə ən çox vergi ödəmiş özəl Azərbaycan şirkətinin adı məlum olub

Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin (büdcə təşkilatları istisna olmaqla) adlarını açıqlayıb.

FED.az xəbər verir ki, 1-ci yerdə dövlətə məxsus Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "AZNEFT" İstehsalat Birliyidir. Qurum ötən il dövlət büdcəsinə 1 milyard 495,1 milyon manat vergi ödəyib. 

İkinci yerdə isə, Sumqayıtda fəaliyyət göstərən siqaret istehsalçısı "Tabaterra" MMC şirkətidir. Özəl şirkət olan "Tabaterra" MMC 2024-cü ildə dövlət büdcəsinə 689,3 milyon manat vergi ödəyib.  Beləliklə, "Tabaterra" MMC qeyri-neft sektorunda vergi rekordçusu kimi tanınıb.

Qeyd edək ki, Premier, X7, Lincoln, Kingston, Argo siqaret brendləri "Tabaterra" MMC-yə məxsusdur. (Marja)

2024-cü2024-cü
Seçilən
13
1
fed.az

2Mənbələr