AZ

Bakıda ən sərfəli xəngəl seti olan 5 restoran – Qiymətlər

Fevral ayı soyuq havalar və isti yeməklərlə yadda qalır. Bu dövrdə Bakının məşhur restoranlarında xəngələ olan maraq artır. Gürcü və Azərbaycan mətbəxinin sevilən yeməklərindən biri olan xəngəl, həm dadı, həm də doyumluluğu ilə qış mövsümünün əvəzolunmaz ləzzətlərindən sayılır.

Valyuta.az bunu nəzərə alaraq, sizə şəhərdə müxtəlif restoranlardakı fərqli xəngəl çeşidlərini təqdim edir.

Xəngəl №1

3 nəfərlik xəngəl seti – 29.90 AZN

3 ədəd yarpaq xəngəl, 12 ədəd gürcü xəngəli, turşu assorti, tərəvəz assorti, acika, qatıq, limonad.

4 nəfərlik set – 39.90 AZN

4 ədəd yarpaq xəngəli, 20 ədəd gürcü xəngəli, 1 ədəd turşu assorti, 1 ədəd tərəvəz assorti, 2 acika, 2 ədəd qatıq, 1 ədəd limonad.

Xəngəland

2 nəfərlik xəngəl seti - 28.90 AZN

2 pors yarpaq xəngəli, 10 ədəd gürcü xəngəli, turşu assorti, qatıq, acika, duşes.

4 nəfərlik xəngəl seti - 57,80 azn

4 yarpaq xəngəli, 20 gürcü xəngəli, 2 acika, 2 qatıq, 2 turşu assorti, duşes 0,5 l

Xəngəlove

2 nəfərlik xəngəl seti – 24.90 AZN

10 ədəd sadə gürcü xəngəli, 10 ədəd qızartma gürcü xəngəli, assorti, acika, qatıq, duşes

4 dost xəngəl seti – 37.90 AZN

4 ədəd yayma xəngəl, 8 ədəd sadə gürcü xəngəli, 8 ədəd qızartma xəngəl, assorti turşu, acika, qatıq, duşes

Rustaveli

2 nəfərlik xəngəl seti - 45 AZN

6 ədəd sadə gürcü xəngəli, ⁠4 ədəd qızardılmış gürcü xəngəli, 2 ədəd ⁠xarço şorbası, 2 ədəd çeburek turşu assorti, ⁠⁠meqruli xaçapuri, gürcüsayağı təzə salat, acika, qatıq, 1 ədəd limonad, 1 ədəd ⁠⁠⁠qazlı-qazsız su

⁠4 nəfərlik xəngəl seti - 65 AZN

12 ədəd sadə gürcü xəngəli, 8 ədəd qızardılmış gürcü xəngəli,  4 ədəd ⁠xarço şorbası, 4 ədəd ⁠çeburek, turşu assorti, ⁠⁠meqruli xaçapuri, gürcüsayağı təzə salat, ⁠⁠acika, qatıq, 1 ədəd limonad, qazlı-qazsız su

Zil restaurant

2 nəfərlik xəngəl seti - 33 AZN

2 ədəd yayma xəngəl, 8 ədəd qızardılmış gürzə, 8 ədəd gürcü soyutma, qatıq, turşu xiyar, turşu kələm, alça turşusu, badımcan turşusu, acika, süzmə, qurut, duşes.

4 nəfərlik xəngəl seti - 55 AZN

4 ədəd yayma xəngəli, 16 ədəd qızardılmış gürzə, 16 ədəd gürcü soyutma, qatıq, turşu xiyar, turşu kələm, alça turşusu, badımcan turşusu, acika, süzmə, qurut, 2 ədəd duşes.

Sərvanə Rəmixanova

Seçilən
18
1
valyuta.az

2Mənbələr