
Şamaxıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Reyting.az xəbər verir ki, hadisə fevralın 13-ü saat 19 radələrində Şamaxı rayonunun Nağaraxana kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü Oleq Petroviç Kretinin yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.