AZ

Cüdoçumuz "Böyük Dəbilqə"də bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Bakıda keçirilən "Böyük Dəbilqə"də bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, 25 yaşlı idmançı üçüncü yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Xalmatovla üz-üzə gəlib.

Yusifov rəqibini qızıl xal bölümündə məğlub edib.

Eyni çəkidə Balabəy Ağayev bürünc mükafat uğrunda görüşdə belçikalı Jorre Verstraetenə uduzub.

Bu gün Elşən Əsədov (66 kq) üçüncü yer uğrunda qarşılaşmada özbəkistanlı Azizbek Ortıkovla üz-üzə gələcək.

Qeyd edək ki, turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.

Cüdoçularımızın rəqibləri bəlli olub

Ulduz cüdoçular Bakıya gəlir

33 cüdoçumuz Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edir

Yaponiyanın cüdo əfsanələri Bakıya gələcək

21 yaşadək cüdoçuların komanda yarışlarına yekun vurulub

Seçilən
25
8
apasport.az

10Mənbələr