AZ

İraqın bu vilayətində türk dili rəsmi dilə çevrilir

Səlahəddin Əyalət Şurasının sədri Adil Sümeydai türkmənlərin sıx yaşadığı və ikinci ən böyük etnik qrup olan Səlahəddin şəhərində türkcənin rəsmi dil olduğunu açıqlayıb.   Manset.az-ın məlumatına görə, Səlahəddin İl Şurasının sədri Adil Sümeydai türkmənlərin vilayətin ikinci ən böyük etnik qrup olduğunu ifadə edərək, vilayət sərhədləri daxilində ərəb və kürd dilləri ilə birlikdə türkcənin də rəsmi dil olaraq qəbul edilməsini təsdiqləyib. Məsələ ilə bağlı açıqlama verən İraq parlamentinin keçmiş türkmən millət vəkili Fevzi Ekrem Terzi İraqda üçüncü etnik qrup olan türkmənlərin təbii haqqı olduğunu müdafiə edib.

Türkcənin rəsmi dil olaraq qəbul edilməsi ilə bağlı addımın Səlahəddin Əyalət Məclisinin türkmən millət vəkili Atıf Tuzlu tərəfindən atıldığını bildirən Terzi, "Bu prosesdə ilk addımı Səlahəddin Əyalət Məclisinin üzvü Atıf Tuzlu atdı və türkmənlərin rəsmi dil olması təklifi qəbul edildi. Allaha şükürlər olsun ki, bu addım Türkmənlər arasında rəsmi dil olaraq reallaşacaq".

Seçilən
11
4
manset.az

5Mənbələr