İraqda bir şəhərdə türk dili rəsmi dil kimi təsdiqlənib
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İraqın Səlahəddin Əyalət Şurasının rəhbəri Adil Sümeydai açıqlama verib.
O bildirib ki, türkmənlərin sıx yaşadığı və ikinci ən böyük etnik qrup olan Səlahəddin şəhərində türkcə bundna sonra ikinci rəsmi dil kimi işlənəcək: "Bilirsiniz ki, türkmənlər vilayətdə ikinci ən böyük etnik qrupdur. Burada, yəni vilayət sərhədləri daxilində ərəb və kürd dilləri ilə yanaşı türkcənin də rəsmi dil kimi qəbulu artıq təsdiqlənib".
İraq parlamentinin türkmən əsilli keçmiş millət vəkili Fevzi Ekrem Terzi də bu qərarı alqışlayıb: "Bu, İraqda üçüncü etnik qrup olan türkmənlərin təbii haqqı idi."
Firudin Səfərli
MİA.AZ