AZ

Prezident İlham Əliyev Əhməd əl-Şaraanı təbrik etdi

Bakı. Trend:

Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrüPrezidenti Əhməd əl-Şaraaya təbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentininvəzifəsinin icrasına başlamağınız münasibətilə Sizi təbrik edir,xalqınızın rifahı naminə məsul fəaliyyətinizdə uğurlararzulayıram.

Biz Azərbaycan ilə Suriya arasında dostluq və əməkdaşlıqəlaqələrinin inkişaf etdirilməsinə böyük önəm veririk. Azərbaycanölkənizin bu mühüm keçid dövründə lazımi dəstək və yardımgöstərməyə hazırdır.

Bu gün Azərbaycan-Suriya münasibətlərinin keyfiyyətcə yenisəviyyəyə yüksəlməsi və əməkdaşlığımızın yeni məzmunlazənginləşdirilməsi üçün yaxşı imkanlar yaranmışdır. Bu xüsusda,fürsətdən istifadə edərək Sizi Azərbaycana səfərə dəvət edirəm.

Sizə ən xoş arzularımı çatdırır, dost Suriya xalqına sülh,əmin-amanlıq və firavanlıq arzulayıram".

Seçilən
17
49
az.trend.az

10Mənbələr