AZ

Ursula fon der Lyayen: Ticarət müharibələrinin mənası yoxdur

Ticarət müharibələrinin mənası yoxdur və Avropa İttifaqı (Aİ) digər tərəflərin tətbiq etdiyi rüsumlara cavab verməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

"Biz inanırıq ki, ticarət müharibələri və cəza rüsumlarının heç bir mənası yoxdur", - o qeyd edib.

Fon der Lyayen vurğulayıb ki, Aİ mallarına tətbiq olunan əsassız rüsumlar cavabsız qalmayacaq.

Seçilən
19
1
report.az

2Mənbələr