“Turan Tovuz-2”nin baş məşqçisi Nizami Ocaqverdiyev sürpriz darmadağınla bağlı “Football-plus.az”a danışdı:
“Heyətimizdəki aparıcı futbolçular yoxdu. Komandanı yenidən formalaşdırırq. Bizə bir qədər zaman lazımdı. Hər şeyə yenidən başlayırıq. Toparlanmağa çalışacağıq. Xal ehtiyatını artırmaq niyyətindəyik. Hər şey futbolçuların tez püxtələşməsindən asılıdı. Qış fasiləsindən sonra heyətimiz zəiflədi, aparıcı futbolçular getdi. Onların yerini doldurmaq zaman tələb edir”.
ƏSƏD SEYİDOV