"TikTok" mobil tətbiqi yenidən ABŞ-ın "Apple" və "Google" proqram mağazalarında əlçatandır.
Korrespondent.az xəbər verir ki, bu barədə "Bloomberg" xəbər yayıb.
Nəşr bildirir ki, ABŞ-nin baş prokuroru Pam Bondinin sosial şəbəkəyə tətbiq olunan qadağanın dərhal icrasına dair zəmanət verən məktubdan sonra, tətbiq yenidən bərpa edilib.
Agentlik qeyd edir ki, "TikTok"un ABŞ-da uzun müddət fəaliyyət göstərməsi hələ də təmin edilməyib.
Xatırladaq ki, bu ilin yanvar ayında "TikTok" ABŞ-da bloklanmışdı.
Donald Tramp vəzifəyə başladıqdan sonra, sosial şəbəkəyə qoyulan qadağanın tətbiqi 75 gün təxirə salınıb. Bu qərara əsasən, əgər tətbiqin 50%-i amerikalı investorlara satılarsa, "TikTok" ABŞ-da fəaliyyətini davam etdirə bilər.