Ukraynanın Nikolayev şəhərinin mərkəzində kafenin yaxınlığında baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Teleqraf Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə regional polis idarəsi məlumat yayıb .
Hadisə yerində məhkəmə-tibb ekspertləri və müstəntiqlər işləyir.
Yerli mətbuat şəhərin mərkəzində baş verən partlayışda əsgər geyimində insanlara yaxınlaşan qadından şübhələnir.