AZ

Zelenski: Ukrayna və ABŞ mineral ehtiyatlarına dair saziş üzərində işləməyə davam edəcək

Ukrayna və ABŞ komandaları faydalı qazıntılarla bağlı saziş üzərində işləməyə davam edəcəklər.

APA xəbər verir ki, bu barədə Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

“Komandalarımız sənəd üzərində işləməyə davam edəcək. Biz bir çox vacib məsələləri müzakirə etmişik və ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu növbəti görüşlər və yerlərdə vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Ukraynada səbirsizliklə gözləyirik”, - dövlət başçısı qeyd edib.

Seçilən
43
1
apa.az

4Mənbələr