AZ

“Qarabağ”dan ayrılan Riçardın yeni klubu bilindi

Riçard Almeyda karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “Qarabağ”ın sabiq yarımmüdafiəçi “Primavera” ilə razılıq əldə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliya təmsilçisi yaydığı məlumatda Almeydanın keçidinə komandanın aparıcı üzvlərindən olan Junior Caiçaranın rolu olduğunu qeyd edib. Transferin detalları ilə bağlı ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq oyunçusu 2013/2018, 2018/2020 və 2021/2025-ci illərdə “Qarabağ”ın, 2020/2021-ci illərdə isə “Zirə”nin heyətində çıxış edib.

Seçilən
37
2
futbolpress.az

3Mənbələr