Bakı, 15 fevral, AZƏRTAC
Malinin cənubundakı Nyena şəhəri yaxınlığında ali təhsil naziri Burema Kansayenin olduğu kortejə silahlı hücum olub.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, hücum nəticəsində 4 polis yaralanıb. Nazir hücumdan salamat çıxıb. Mali hökuməti hücumu İŞİD-ə bağlı silahlı qruplaşmaların törətdiyini iddia edir.