Altay Respublikasında 6,4 bal gücündə zəlzələ baş verib.
Ölkə.az xəbər verir ki, bu barədə Altay Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar respublikanın bütün ərazisində və Altay diyarının şərq hissəsində, eləcə də Tuvanın bir sıra rayonlarında hiss olunub.
Zəlzələnin episentri Qoş-Ağaç rayonunun Starı Beltir kəndi yaxınlığında qeydə alınıb. Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Həmidə İbrahimova