AZ

Zelenski Trampa "yox" dedi

Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-yə Ukraynanın faydalı qazıntı ehtiyatlarının 50 faizinə sahib olmaq hüququnu verən sazişi imzalamaqdan imtina edib.

Bu barədə "Washington Post" qəzetinin icmalçısı Coş Roqin Amerika qanunvericilərinə istinadən "X" sosial şəbəkəsində yazıb.

"Münhendəki bir neçə qanunverici mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə imza atmasını istədikləri sənəd verib", - deyə jurnalıst bildirib. Onun sözlərinə görə, bu sənəd ABŞ-yə Ukraynanın gələcək faydalı qazıntılar ehtiyatlarının 50 faiz sahiblənmə hüququnu verirdi.

"Zelenski nəzakətlə onu imzalamaqdan imtina etdi", - deyə Coş Roqin yazıb.

Seçilən
4
2
hafta.az

3Mənbələr